• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə müdafiə sənayesi naziri: Beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacağıq

Türkiyə müdafiə sənayesi naziri: Beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacağıq
04.04.2023 20:59
Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmail Demir məlumat verib.  

Milli döyüş təyyarəmiz tanınmış beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var. Biz də beşinci olacağıq, - deyə o bildirib.

Təyyarəmiz hələ çox mərhələlərdən keçməlidir. Hazırda bütün sistemlər quraşdırılıb və artıq yoxlamalar aparılmalıdır. Siz təyyarənin gövdəsini və mühərrikini görə bilərsiniz, lakin içərisində çoxlu sistemlər var, - deyə İsmail Demir qeyd edib.

Nazir təyyarənin uçuş tarixi ilə bağlı dəqiq rəqəm bildirməyib. Təyyarənin uçuş tarixi ilə bağlı məsələlərə ehtiyatla yanaşırıq. Çünki mühəndislər hazırlayıblar, amma uçuşa yararlılıq mərhələsində hər şey bir-bir yoxlanılmalıdır. Məqsədimiz ən qısa zamanda uçuşa nail olmaqdır. Lakin 3-5 aylıq bir tarix vermirik, rahat şəkildə bir il çəkəcək bir prosesdən danışırıq, - deyə o əlavə edib.

Milli döyüş təyyarəsi dedikdə məqsədimiz beşinci nəsil təyyarə istehsal etməkdir. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, çox erqonomik kabinəyə və tam rəqəmsal kokpitə, radara görünməzlik kimi xüsusiyyətlərə malik olan beşinci nəsil dediyimiz təyyarələrdə olan bütün texnologiyalara sahib bir təyyarə planlaşdırırıq. Hətta bəzi cəhətlərdən daha yaxşı funksiyalara malik olacaq”,- deyə nazir vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol