• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın keçmiş baş naziri İmran Xan azadlığa buraxılılıb

Pakistanın keçmiş baş naziri İmran Xan azadlığa buraxılılıb
12.05.2023 13:25
Pakistanın Ali Məhkəməsi keçmiş baş naziri İmran Xanın azadlığa buraxılmasına qərar verib. Bu barədə xarici KİV-də məlumat yayılıb.

Xanın tərəfdarları sərbəst buraxılma qərarını qeyd etmək üçün Ali Məhkəmənin qarşısında rəqs edib.

Çevik polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar zamanı azı 8 nəfər ölüb, çox sayda insan yaralanıb. Polis həbslərin cinayətə təhdid, iğtişaş və dövlət əmlakına basqı ittihamları ilə edildiyini bildirib.

Human Rights Watch təşkilatı cümə axşamı bildirib ki, Pakistan polisi etirazçılara atəş açıb və həddən artıq güc tətbiq edib.

Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat (İŞİ) rəis müavini general-mayor Faysal Nasirin dayandığına dair iddialarını davam etdirib.

Pakistanın Pəncab əyalətində ölkənin keçmiş baş naziri İmran Xanın tərəfdarları onun saxlanılmasına görə etiraz aksiyaları keçirilib.

Məlumata görə, etirazlar aksiyalarında 1000-ə yaxın insan saxlanılıb,  945 qanunu pozan şəxsi həbs edib.

Hadisələr zamanı 130 məmur və polis əməkdaşı xəsarət alıb.
 
70 yaşlı partiya lideri Xan baş nazirliyi itirəndən bəri ölkədə erkən seçkilərin keçirilməsini tələb edir.

Bundan başqa, təşkilatın Baş katibi Əsəd Ömər saxlanılıb.

Ötən ilin noyabrında Lahor şəhəri yaxınlığındakı Vəzirabadda Xanın korteji atəşə tutulub və hücum zamanı Xan ayağından güllələ yarası alıb.

Aytac Zeynalova





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol