• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasına səs verib

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasına səs verib
03.10.2023 12:52
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına səs verib. Bu barədə Ermənistan mətbuatı xəbər verib. 

"60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Qərar qəbul edilib", - parlamentin spikeri Alen Simonyan bildirib.

Məsələnin müzakirəsini boykot edən müxalif "Ermənistan” və "Mənim namusum var” fraksiyaları qanunun əlehinə səs veriblər. 

Respublikanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bir daha bəyan edib ki, Roma Əsasnaməsinin ratifikasiyası Ermənistan ərazisində hərbi cinayətlər törətmiş azərbaycanlı hərbi qulluqçulara qarşı yönəlib.

Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirmişdi ki, Ermənistan tərəfindən Roma Əsasnaməsinin ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Smolensk meydanında vurğulandığı kimi, erməni nümayəndələrinin İCM-ə qoşulmağın guya Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir göstərməyəcəyi ilə bağlı irəli sürdüyü tezis doğru deyil və İrəvan Moskvanın nizamnamə ilə bağlı qarşılıqlı təkliflərini nəzərə almayıb. 
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol