• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ordusu terrorçulardan rekord sayda silah ələ keçirib

Türkiyə ordusu terrorçulardan rekord sayda silah ələ keçirib
30.12.2023 15:08
Türkiyədə  2 terrorçunun verdiyi məlumat nəticəsində İraqın Zap bölgəsində 467 ədəd istifadə olunmamış AK-47 avtomatı, həmçinin çoxlu sayda sursat ələ keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
 
Bundan başqa, 1 ədəd 7.62 mm PKMS avtomatı, 56 ədəd RPG-7 canlı qüvvə əleyhinə sursat, 314 ədəd əl qumbarası, 2 ədəd avtomat lüləsi, 146 ədəd AK-47 avtomatının darağı ələ keçirilib.

Əldə olunan silahlar son vaxtlar ələ keçirilən rekord sayda silah-sursat hesab olunur.
 
Türk ordusu yanvarın 1-dən noyabrın 16-na qədər İraq və Suriyanın şimalı da daxil olmaqla 2 min 84 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Xüsusilə son 4 ayda İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı ümumilikdə 1 min 110 hədəf məhv edilib, 820 terrorçu zərərsizləşdirilib.
Bundan əlavə, il ərzində 122 terrorçu təslim olub.

Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.

Aytac Zeynalova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol