• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan KTMT-nin iclasında iştirakdan imtina edib

Ermənistan KTMT-nin iclasında iştirakdan imtina edib
31.05.2024 11:12
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etmir, lakin iclasda qəbul edilən qərarlara etiraz etməyəcək. Bu barədə qurumun katibliyindən bildirilib.

Bu gün Almatıda KTMT-yə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü keçirilir.
 
Bundan əvvəl  KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Ermənistanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək. 
 
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol