• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə etiraz aksiyası keçirilib

Parisdə etiraz aksiyası keçirilib
14.12.2024 20:30
Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə "Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib - red) həsr olunmuş etiraz aksiyası keçirilib.

Report xəbər verir ki,aksiyada ”Kolonializmə son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır", "Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.

Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol