• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlardan imtina etdi
24.01.2014 09:00
 Kiyevdə “Avromeydan” iştirakçıları yanvarın 24-nə keçən gecə Qruşevski küçəsində qarşıdurmanın davam etdirilməsinə səs veriblər.APA-nın məlumatına görə, bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb. Məlumata görə, “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və  Qruşevski küçəsində qarşıdurmanın davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib.   Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.   “Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə”, deyə Oleq Tyaqnibok bildirib.   “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: “İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir”, deyə o bildirib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol