• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyib

İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyib
30.04.2025 23:08

İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyir.Bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

"Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan (meşə yanğınlarının havadan söndürülməsi üçün) dəstək istədim", - agentlik onun sözlərini sitat gətirib.

Qeyd edək ki, çərşənbə günü səhər Qüdsün qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunmasını elan etməli olub. İsrailin Aşkelon, Beer Şeva, Modiin və s. şəhərlərində Müstəqillik Günü tədbirləri hava şəraitinə görə ləğv edilib.

İsrailli həkimlər EFE-yə bildiriblər ki, indiyədək 19 nəfər tüstüdən xəsarət alaraq müalicə almaq üçün müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib. Daha əvvəl 12 nəfərin yaralandığı bildirilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol