• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ədliyyə Nazirliyi Soros fonduna qarşı araşdırma aparır

ABŞ Ədliyyə Nazirliyi Soros fonduna qarşı araşdırma aparır
26.09.2025 06:11

ABŞ Ədliyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi milyarder Corc Sorosun fondlarının fəaliyyətinə dair ən azı altı ştatda araşdırma aparılması barədə göstəriş verib. Bu barədə  The New York Times yazıb.

Məlumata görə, sentyabrın 22-də imzalanan sənəd Kaliforniya, Nyu-York, Vaşinqton (Kolumbiya dairəsi), Çikaqo, Detroyt və Merilenddəki prokurorlara göndərilib. Onlara reket, qəsdən yandırma, elektron fırıldaqçılıq və terrorizmin maliyyələşdirilməsini nəzərdə tutan ittihamlar üzrə araşdırma aparmaq tapşırılıb.

Təşəbbüs Capital Research Center-in hesabatına əsaslanır.

Hesabatda Sorosla bağlı qurumların ekstremizm və zorakılıqla əlaqəli təşkilatlara 80 milyon dollardan çox vəsait ayırdığı bildirilib. 

95 yaşlı Corc Sorosun yaratdığı “Açıq Cəmiyyət İnstitutu”na hazırda oğlu Aleks rəhbərlik edir.

Soros və oğlu demokrat namizəd Kamala Harris-in seçki kampaniyasını dəstəkləmişdilər.

Avqustda prezident Donald Tramp onların fəaliyyətinin araşdırılmasını tələb etmişdi.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol