Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.Bu barədə Akorda məlumat yayıb.
"Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























