• $
  • €
  • ₽
  • ₺
  • £

İranda hərbi əməliyyatlar bütün məqsədlərə çatana qədər davam edəcək - Tramp

İranda hərbi əməliyyatlar bütün məqsədlərə çatana qədər davam edəcək - Tramp
02.03.2026 08:33

İrana qarşı hərbi əməliyyatlar davam edir və ABŞ bütün məqsədlərinə çatana qədər dayanmayacaq. Bunu ABŞ prezidenti Donald Trump bildirib.

Truth Social platformasında yayımlanan videoda Tramp üç amerikalı hərbçinin öldüyünü təsdiqləyib və itkilərin arta biləcəyini bildirib. O, ABŞ vətəndaşlarının ölümünün qisasını alacaqlarını deyib.

Tramp qeyd edib ki, döyüş əməliyyatları “tam güclə” davam edir və Vaşinqtonun “çox güclü məqsədləri” var. NBC telekanalına müsahibəsində isə əməliyyatın nəticəsinin bütün dünya üçün böyük əhəmiyyət daşıyacağını bildirib.

ABŞ prezidentinin sözlərinə görə, İran rəsmiləri Vaşinqtonla danışıqlar aparmaq istəyir, lakin o, konkret adlar və ya müzakirə mövzularını açıqlamayıb. Zərbələrin danışıqlar zamanı dayandırılıb-dayandırılmayacağı ilə bağlı suala cavabında Tramp bunun mümkünlüyünü istisna etməyib, lakin Tehranın ABŞ-ı qane edib-etmədiyini hələ qiymətləndirmədiyini deyib.

O əlavə edib ki, əməliyyatların başlanmasının səbəbi İranın nüvə tədqiqatlarını dayandırmaq və nüvə silahına sahib olmayacağını bəyan etmək istəməməsi olub. Tramp həmçinin İran ordusunu silahlarını yerə qoymağa çağırıb.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol