• $
  • €
  • ₽
  • ₺
  • £

NYT: ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır

NYT: ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır
16.05.2026 08:55

ABŞ Prezidenti Donald Trump administrasiyası diplomatik səylərin nəticə verməyəcəyi halda, İrana qarşı hərbi əməliyyatların bərpası ssenarilərini nəzərdən keçirir.Bu barədə “The New York Times” məlumat verib.

Trampın müşavirləri mümkün eskalasiya halında daha genişmiqyaslı bombardman da daxil olmaqla, zərbələrin yenidən başlanmasına dair planlar hazırlayıblar. Bununla belə, ABŞ prezidenti hələ yekun qərar verməyib.

Məlumata görə, paralel olaraq bir sıra ölkələr Tehranı Hörmüz boğazının açılmasına razı salacaq və Vaşinqtona əməliyyatı siyasi uğur kimi təqdim etməyə imkan verəcək kompromis variant üzərində işləyir.

Tramp jurnalistlərə açıqlamasında İranın son sülh təklifini “qəbuledilməz” adlandırıb və ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri müzakirə etməyə hazır olmadığını bildirib.

NYT-nin məlumatına əsasən, hərbi planlara İranın hərbi infrastrukturuna genişləndirilmiş hava zərbələri, eləcə də yeraltı nüvə obyektlərinə qarşı xüsusi təyinatlı qüvvələrin mümkün istifadəsi daxildir. Regionda artıq on minlərlə ABŞ hərbçisi, aviadaşıyıcı qruplar və döyüş təyyarələri yerləşdirilib.

İran rəsmiləri isə yeni hücum halında “qətiyyətli cavab” veriləcəyi barədə xəbərdarlıq ediblər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol