• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər

Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər
17.06.2026 22:43

ABŞ Prezidenti Donald Tramp İran və ABŞ arasında sazişin iyunun 18-19-da imzalana biləcəyini bildirib.

Fransa mediasının məlumatına görə, Tramp bu barədə Fransanın Evian şəhərində keçirilən G7 sammitinin yekunlarına dair çıxışı zamanı danışıb.

Tramp deyib ki, Yaxın Şərqdəki münaqişə ilə bağlı danışıqların növbəti mərhələsi nəticəsiz olarsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

“Əgər bu, 60 gün ərzində baş verməsə, biz yenidən bombalamağa qayıdacağıq. İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik”, - Tramp bildirib.

ABŞ prezidenti eyni zamanda qeyd edib ki, İranla hərbi qarşıdurmanın davam etməsi ciddi iqtisadi nəticələrə səbəb ola bilər.

“İqtisadi fəlakət görmək istəməzdim. Bu proses davam etsə, belə bir risk yarana bilər”, - o deyib.

Trampın sözlərinə görə, İranla bağlı hazırlanmış anlaşma memorandumunun mətni İsrail tərəfinə də təqdim olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol