• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan və Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə ediblər

Ərdoğan və Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə ediblər
22.06.2026 20:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” hesabında məlumat paylaşılıb.

Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdəki məsələlər müzakirə olunub.

Ərdoğan İranla ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O, Türkiyənin prosesin sülh yolu ilə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Türkiyə Prezidenti həmçinin danışıqlar prosesini pozmağa cəhd edən qüvvələrə qarşı diqqətli olunmasının vacibliyini qeyd edib.

Ərdoğan regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Ankaranın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol