• $
  • €
  • ₽
  • ₺
  • £

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
22.07.2026 23:52

İran Silahlı Qüvvələrinin tərkibinə daxil olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərini Hörmüz boğazının cənub marşrutundan istifadə etməməyə çağırıb. O, həmin ərazidə suların minalandığını iddia edib.

Möhibi "X" sosial şəbəkəsində paylaşımında bildirib ki, cənub marşrutu təhlükəlidir və bu istiqamətdə hərəkət edən gəmilər risk altındadır.

Bu arada, "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı açıqlamasında Hörmüz boğazının bağlı qaldığını, lakin istisna hallarda bəzi gəmilərin Tehranın əvvəlcədən müəyyən etdiyi marşrutlar və qaydalar əsasında boğazdan keçməsinə icazə verilə biləcəyini bildirib.

Açıqlamada deyilir ki, boğazdan keçidə icazə veriləcəyi təqdirdə, bu yalnız əvvəlcədən müəyyən edilmiş marşrut üzrə və elan olunmuş prosedurlara uyğun həyata keçiriləcək.

Hörmüz boğazı qlobal enerji tədarükü üçün əsas dəniz keçidlərindən biri hesab olunur və burada təhlükəsizliklə bağlı gərginlik dünya neft və qaz bazarlarına təsir göstərə bilər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol