• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili: Süni intellekt əsasında rəqəmsal avatarım hazırlanır

Saakaşvili: Süni intellekt əsasında rəqəmsal avatarım hazırlanır
29.07.2026 17:49

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, tərəfdarları ilə əlaqəni davam etdirmək üçün süni intellekt əsasında onun rəqəmsal avatarı hazırlanır. Bu barədə o, məhkəmə iclasında çıxışı zamanı deyib.

Georgia Online-ın məlumatına görə, Saakaşvili tam təcrid şəraitində belə siyasi fikirlərini ictimaiyyətə çatdırmağın mümkün olacağını bildirib.

"Süni intellekt avatarım artıq hazırlanır. Məndən daha yaxşı görünür, amma bu mənəm. O, ən yaxşı dövrümdəki Mişa kimi danışır, eyni jestlərə və mimikalara malikdir", - keçmiş prezident bildirib.

Saakaşvili, həmçinin gələcəkdə azadlığa buraxılacağına inandığını ifadə edib və öz vəziyyətini həbsdən sonra yenidən hakimiyyətə qayıdan bir sıra dünya siyasətçilərinin taleyi ilə müqayisə edib. O, bu kontekstdə Nelson Mandela, Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Malayziyanın baş naziri Ənvər İbrahimin adlarını çəkib.

Keçmiş prezident uzunmüddətli həbsinin siyasi fəaliyyətinə son qoymayacağını, əksinə, onun siyasi qayıdışı ehtimalını artırdığını iddia edib. O bildirib ki, məqsədi şəxsi hakimiyyətini bərpa etmək deyil, yeni baxışlara malik siyasətçilər nəslinin formalaşmasına töhfə verməkdir.

Saakaşvili əlavə edib ki, tərəfdarlarının Gürcüstanın müstəqil siyasi kursunu bərpa edəcək, ölkənin inkişafını sürətləndirəcək və ədalətin təmin olunmasına çalışacaq yeni siyasi qüvvə formalaşdıracağına inanır.

Mixail Saakaşvili 2004–2013-cü illərdə Gürcüstan prezidenti olub. O, 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra saxlanılıb və müxtəlif cinayət işləri üzrə çıxarılmış hökmlər əsasında cəza çəkir. Saakaşvili və tərəfdarları ittihamların siyasi motivli olduğunu bildirirlər, Gürcüstan hakimiyyəti isə bu iddiaları rədd edir.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol