• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
05.10.2026 18:06

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu oktyabrın 6-dan etibarən müvəqqəti dayandırılacaq.Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, müraciətlərin qəbulunun bərpa ediləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Fondun məlumatına görə, fasilə artan müraciətlərin daha operativ qəbulu, şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə müəyyən edilmiş günlərdə mənzil seçimi imkanı yaradılması və elektron sistemin funksionallığının təkmilləşdirilməsi məqsədi daşıyır.

Qeyd olunub ki, 2020-2026-cı illərdə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda 17 ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək mexanizm çərçivəsində 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.

Fond bildirib ki, son dövrlər mexanizmdən yararlanmaq istəyən vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb. “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər gün 100-dən çox müraciət qeydə alınır.

Nəticədə sistemdə qeydiyyata alınan və görüş vaxtı təyin olunan müraciətlərin sayı seçim üçün mövcud yaşayış sahələrinin sayını dəfələrlə üstələyib.

Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə aparılan prosedurlara təsir etməyəcək.

Fondun məlumatına görə, indiyədək müraciət etmiş 12 mindən çox vətəndaşın şəxsi kabinetinə görüş günü ilə bağlı bildiriş göndərilib. Həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə müraciətlərini rəsmiləşdirmək üçün yaxınlaşa bilərlər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol