• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da II Dünya Müharibəsindən sonra ilk əsgər edam ediləcək

ABŞ-da II Dünya Müharibəsindən sonra ilk əsgər edam ediləcək
07.10.2026 09:54

ABŞ Ordusu 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən keçmiş hərbçi Nidal Malik Həsənin edam tarixini açıqlayıb. Həsən dekabrın 3-də güllələnmə üsulu ilə edam ediləcək.

ABŞ Ordusunun müvəqqəti katibi Adam Tellin qeydində edamın dekabrın 3-də yerli vaxtla saat 13:00-da Fort Hudda həyata keçiriləcəyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Həsənin güllələnmə yolu ilə edamına icazə verib. Həsən 2013-cü ildə hərbi məhkəmə tərəfindən 13 nəfərin qəsdən öldürülməsində və 32 nəfərin öldürülməsinə cəhddə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Hadisə 5 noyabr 2009-cu ildə Fort Hud bazasında baş verib. Hərbi psixiatr Nidal Həsən əsgərlərin yerləşdirilmə mərkəzində atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, hadisə zamanı polis tərəfindən yaralanaraq saxlanılıb və nəticədə beldən aşağı iflic olub.

ABŞ ordusunda sonuncu hərbi edam 1961-ci ildə həyata keçirilib. Lakin güllələnmə üsulu ilə sonuncu hərbi edam 1945-ci ildə baş verib. Həsənin edamı həyata keçirilərsə, ABŞ ordusunda 65 ildən çox müddətdən sonra ilk hərbi edam olacaq və 1945-ci ildən bəri güllələnmə üsulu ilə ilk belə edam kimi qeydə alınacaq.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 21:26
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər
Dünya 19:56
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol