• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada evinə basqın olan azərbaycanlı iş adamı həbs edildi

Ukraynada evinə basqın olan azərbaycanlı iş adamı həbs edildi
20.11.2013 15:05

Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın olayından sonra vilayət azərbaycanlılarının diaspor rəhbərinə və azərbaycanlılara qarşı təzyiqlər başlayıb.

 

Bunu APA-ya açıqlamasında Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin rəhbəri Rasim Uğurluyev bildirib.

 

O qeyd edib ki, Ş.Məmmədovun evinin qarşısındakı naməlum basqınçılarla atışmadan, evinə 30 nəfər milis tərəfindən səbəbsiz və gözlənilməz basqından, evdə axtarış aparılmasından sonra yerli millətçilərin və milisin təzyiqləri ilə üzləşib: “Həmin axşam milis xüsusi təyinatlıları səbəbsiz yerə, sanksiyasız evimə basqın etdi, evimi alt-üst etdilər, körpə qızımı qorxuzdular. İndi uşağın əsəbləri pozulub. Özümü də əllərim qandallı şəkildə şəhər milisinə aparılar. Çox gülünc və qeyri-qanuni səbəb də göstərdilər: “Sizin azərbaycanlılardan birinin  evində atışma olub, yerli millətdən ölən var və siz də ona görə burdasınız”. Mən başıma gətirilənlərin qanunsuz olduğunu dedikdə isə təzyiq göstərib susmağımı tələb etdilər. O günün səhəri dilimdən iltizam alıb buraxdıqdan sonra hər gün çağırıb Şahin Məmmədov hadisəsinə, ümumiyyətlə, azərbaycanlıların Luqanskdakı fəaliyyətinə görə yersiz sorğu-sual edib hədələyirlər. Hətta vilayətdə hökumətə yaxın olan yerli təşkilat saytları da azərbaycanlıların bölgədən qovulub çıxarılması ilə bağlı çağırışlar edir, millətimizi “vəhşi xalq” adlandıraraq təhqir edirlər. Bu vaxta kimi burada belə hal olmamışdı”.

 

Diaspor rəhbəri bildirib ki, Ş.Məmmədov hadisəsi ilə bağlı artıq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb və hazırda Ş.Məmmədov həbsdədir: “Halbuki onun evinə basqın olub və o, özünü müdafiə edərkən açdığı atəş nəticəsində güllə dəyən adam xəstəxanada keçinib. Amma işi elə açıblar ki, guya qəsdən öldürüb. Özü də həbsdə vəziyyəti ağırdır, çünki onda miostaniya xəstəliyi var. Ən qəribəsi də ondadır ki, milis basqın edənləri nəinki saxlamayıb, heç axtarışında da maraqlı deyil”.

 

R.Uğurluyev onu da deyib ki, hadisə ilə bağlı vilayət azərbaycanlıları Ukrayna Prezident Administrasiyasına, Ali Radaya və Respublika Prokurorluğuna müraciət edəcək: “Burada vəziyyətimiz çox acınacaqlıdır. Özümüz də bilmirik ki, bir atışmadan sonra bizə qarşı bu kütləvi təzyiqlərin səbəbi nədir”.

 

Qeyd edək ki, noyabrın 16-da axşamı Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol