• $
  • €
  • ₽
  • ₺
  • £

“İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb” - İddia

“İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb” - İddia
18.12.2014 22:47
Səudiyyə Ərəbistanı neftdən əldə etdiyi gəlirləri "İraq və Şam İslam Dövləti” (İŞİD) kimi terror təşkilatının maliyyələşdirilməsinə xərcləyir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələr Qərargahının rəisi general Həsən Firuzabadi bildirib. General İŞİD-in birbaşa olaraq Səudiyyə Ərəbistanı tərəfindən yaradıldığını bir daha vurğulayıb.

Firuzabadinin sözlərinə görə, İŞİD-ə qarşı ABŞ və Avropa ölkələri tərəfindən koalisiyanın yaradılması taktiki addımdır: "Əslində isə Qərb ölkələri İŞİD-in fəaliyyətini maliyyələşdirir və terror təşkilatının silahlanmasına yardım edir. Neft hasilatını artıraraq Səudiyyə Ərəbistanı Qərb ölkələrini onların yanacaqla bağlı problemlərinin olmayacağına bildirib. Digər tərəfdən onların bu addımı neft qiymətinin aşağı düşməsinə də səbəb olub. Bu isə regionda terrorla mübarizə aparan digər ölkələrə mane olur”.

Firuzabadi iddia edir ki, bununla da Səudiyyə Ərəbistanı region ölkələrinin iqtisadiyyatına 500 milyon dollar dəyərində ziyan vurub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol