• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya liderlərinin 2014-cü ilə damğa vuran - Fotoları

Dünya liderlərinin 2014-cü ilə damğa vuran - Fotoları
29.05.2020 06:13
"Vaşinqton Post" qəzeti dünya liderlərinin 2014-cü ilə damğa vuran fotolarını yayımlayıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Asiya Sakit okean İqtisadi Əməkdaşlıq sammitində bir araya gələn ABŞ prezidenti Barak Obama ilə Rusiya dövlət başçısı Vladimir Putinin çəkdirdiyi foto diqqət çəkib.

2014-cü ilin ən maraqlı görüntülərindən olan bu fotoda Putin əlini Obamanın kürəyini qoyur. ABŞ prezidenti isə bu vəziyyətdən çox məmnun görünmür.

Böyük Britaniya baş naziri Devid Kameron Obama ilə Ukrayna məsələsini telefonla danışdıqları zaman çəkilən fotosunu Twitter-da paylaşmışdı. Baş nazir "Rusiyaya tətbiq olunacaq sanksiyalar mövzusunda fikirləriizi paylaşdıq", - deyə şəkli şərh edib. Ancaq Kameron bu fotonu paylaşdıqdan sonra peşman olub. Çünki Kamerona bu fotodan sonra sosial şəbəkədə uzun müddət lağ ediblər.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter aprel ayında Ukraynaya etdiyi ziyarətdə baş nazir Arseniy Yatsenyuk tərəfindən olduqca səmimi bir şəkildə qarşılanıb. Ancaq qarşılama əsnasında otaqda İsveçrə bayrağı yerinə eyni rənglərdəki Danimarka bayrağının olması bu fotonu ilin fotoları arasına girməsinə səbəb olub.

Mart ayında İngiltərənin paytaxtı Londonda bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov ilə amerikalı həmkarı Con Kerri bədən dilləri ilə bu görüşmədən olduqca narahat olduqlarını bildiriblər.

Yaponiya baş naziri Şinzo Abe ilə Çin lideri Şi Jinping noyabr ayındakı Asiya Sakit okean İqtisadiyyat sammitində görüşdüklərində həyəcanları üzlərindən oxunurdu.

Fransa prezidenti Fransua Ollanda isə bu foto ilə sosial şəbəkələrin qurbanı olub. Ollandın Qazaxıstana səfəri zamanı verilən yerli kostyumu geyərək çəkdirdiyi bu foto Fransanın tələbi ilə internetdən silinib. Amma bu, fotonun sosial şəbəkəklərdə əyləncə mövzusuna çevrilməsinə mane olmayıb.

Avstraliya baş naziri Toni Abott qonağı Yaponiya baş naziri Şinzo Abeylə çəkdirdiyi bu fotonu öz Twitter hesabından paylaşıb.

2014-cü ildə üzü gülən bir neçə liderlərdən biri də Almaniya baş naziri Angela Merkel olub. Avropa Birliyinin ən uzun müddət iqtidarda qalan lideri və "Forbes" jurnalı tərəfindən "İlin ən güclü qadını" adını qazanan Merkelin xoşbəxtliyi bu fotodan daha aydın bəlli olur.
 
ANN.Az
 










Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol