• $
  • €
  • ₽
  • ₺
  • £

Obama Ukraynaya dəstək üçün 1 milyard dollar istəyir

Obama Ukraynaya dəstək üçün 1 milyard dollar istəyir
03.02.2015 10:39
Obamanın təqdim etdiyi büdcə layihəsində dəniz hərbi əməliyyatları üçün 7, İŞİD və Suriya üçün isə 3,5 milyard dollarlıq pay nəzərdə tutulub.

ABŞ prezidenti Barak Obama 2016-cı il üçün 4 trilyon dollarlıq dövlət büdcəsi layihəsini Konqresə təqdim edib. Lahiyədə ABŞ xarici işlər nazirliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) üçün ayrılan büdcə toplamda 50.3 milyard dollar təşkil edib. Bu məbləğin 7 milyardı dəniz hərbi əməliyyatları üçün nəzərdə tutulub.

Büdcə layihəsində İŞİD-lə mübarizəyə və Suriyadakı böhranın aradan qaldırılması üçün 3,5 milyard dollar ayrılması qərara alınır.

Digər ölkələrlə birlikdə beynəlxalq ortaq təhlükəsizlik problemlərinin həll yollarının axtarılması və əməkdaşlıq üçün büdcənin 5.4 milyard dollarının xərclənməsi təklif edilir.

Layihədə Ukrayna da yaddan çıxmayıb - Rusiyanın Ukraynadakı "aqressiv hücumları və basqıları" ilə mübarizə aparmaq və Ukraynanı dəstəkləmək üçün, eyni zamanda ayrı-ayrı iqtisadi proqramlara cəlb etmək məqsədilə 275 milyon dollar kredit qarantisi də daxil olmaqla 1 milyard dollara qədər büdcə ortaya qoyulub.

Bundan əlavə layihədə Suriya, cənubi Sudan, Orta Afrika Respublikaları və İraq kimi qeyri-sabit ölkələrdə insan haqlarının qorunması məqsədilə 5,6 milyard dollar ayrılması proqnozlaşdırılıb.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol