• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəmməd peyğəmbərin karikaturasını çəkənə silahlı hücum

Məhəmməd peyğəmbərin karikaturasını çəkənə silahlı hücum
15.02.2015 10:05
Danimarkanın paytaxtı Kopenhagendə söz azadlığı ilə bağlı keçirilən tədbirdə bir necə dəfə silahdan atəş açılıb. 


"Qafqazinfo”nun musavat.com-a istinadən məmlumatına görə, bu barədə xəbəri "The Associated Press” yayıb. Agentlik bildirir ki, tədbirin təşkilatçısı isveçli sənətçi Lars Vilksdir. O, 2007-ci ildə İslam peyğəmbəri Məhəmməd (ə) haqqında karikaturalar çəkmişdi və elə o vaxtdan da dəfələrlə ölümlə hədələnib. 


 "TV2”  kanalı şənbə günü bildirib ki, " Krudttoenden" kafesinin bayır şüşəsində 30 ədəd güllə dəliyi aşkarlanıb. Ən azı güllə yarası alan iki nəfər xərəkdə hadisə yerindən çıxarılıb. Onlardan biri mülki geyimli polis olub. 


Helle Merete Briks tədbirin təşkilatçılarından biridir. O, agentliyə bildirib ki, cənab Vilks tədbirdə iştirak edib, ancaq o, yara almayıb: "O, Danimarkaya hər dəfə gələndə polis onu qoruma altına alır”.


 Kopenhagenin şimalındakı " Krudttoenden" kafsi əsasən caz konsertləri təşkil etməklə məşhurlaşıb. Bu dəfə isə onlar "İncəsənət, küfr və ifadə azadlığı” mövzusunda tədbir hazırlayıblar. 


"BBC” bu hadisə ilə bağlı bildirir ki, kafeyə atılan güllələrin sayı 40-dan çoxdur. Ərazi polis tərəfindən total nəzarətə götürülüb. 


Qərbin aparıcı media mərkəzləri bu xəbəri manşetdən paylaşır.


Yerli polis isə hadisənin səbəbi barədə konkret fikir söyləməkdə çətinlik çəkir. Ancaq polis onu da vurğulayıb ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs "VW Polo" markalı maşınla hadisə yerindən qaçıb. Avtomobilin nömrəsi də polisə məlumdur.
 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol