• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-çilər cinsi istəklərini artırmaq üçün bu yola əl atırlar

İŞİD-çilər cinsi istəklərini artırmaq üçün bu yola əl atırlar
20.02.2015 13:38
İŞİD döyüşçüləri "arvad"larına zorla cəlbedici alt paltarları geyindirib cinsi istəklərini artırmaq üçün "Viaqra" dərmanlarından istifadə etməsi faktı ortaya çıxıb.

ANN.Az xarici ölkə mediasına istnadən xəbər verir ki, belə bir şəraitin yaradılması əslində İŞİD rəhbərliyinin bir siyasətidir və bu, əcnəbi əsgərləri terror təşkilatında saxlamaq məqsədi daşıyır. Kürdlərə bağlı "Yurddaş" qəzetində dərc olunan "Raqqa Is Being Slaughtered Silently" ("Raqqa səssiz qətlə yetirilir") adlı məqalədə qeyd olunur ki, "cinsi məharətlərini ən üst səviyyədə nümayiş etdirmək istəyən döyüşçülər maaşlarının böyük bir hissəsini "Viaqra" dərmanlarına xərcləyirlər, qısa zaman içərisində birdən çox qadınla evlənir, onları qeyri-normal münasibətlərə məcbur edirlər".

Qəzetin yazdığına görə, əsirlikdən qaçan qadınların demək olar hamısının bədənləri yara içərisində olur. Onları müayinə edən həkimlərin hesabatlarında qeyd olunur ki, qadınlar qeyri-normal cinsi münasibətə cəlb edilib, yaxud şiddətə məruz qalıb.

İŞİD döyüşçülərinin evlənməyə zorlandığı qızlar arasında 9 yaşlı uşaqlar da olub.

Ötən həftə İraqın Ərbil şəhərində təşkil olunan "İraqdakı yezidi və xristianlara qarşı tətbiq olunan etnik soyqırım" adlı tədbirdə əsirlikdən qaçan "Vaha" ləqəbli qadın başına gələnləri danışıb. O, bir İŞİD döyüşçüsünün əsiri olduğunu, döyülərək zorlandığını və başına pis oyunların açıldığını ifadə etmişdi.

Eyni zamanda Avropa Parlamentinin keçmiş deputatı Feleknaz Uca yezidi qadınların təcavüzə məruz qalamaması üçün kütləvi şəkildə intihar etdiyini, onların qayalıqdan özlərini aşağı atdığını, eyni zamanda bir yezidi atanın öz qızlarının əsir düşməməsi üçün onları öldürdüyünü və sonra isə özünün intihar etdiyini anlatmışdı.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol