• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ iqtisadiyyatçısı: "Çin çox irəli gedə bilməyəcək"

ABŞ iqtisadiyyatçısı: "Çin çox irəli gedə bilməyəcək"
05.03.2015 15:49
Ötən əsrin 90-cı illərində Yaponiya iqtisadiyyatının zəifləyəcəyinə dair proqnozlarının düzgün çıxdığı ABŞ iqtisadiyyatçısı bu dəfə Çin haqqında fikir irəli sürüb. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, amerikalı iqtisadiyyatçı Roy Smit Çinin iqtisadi inkişafının çox da irəli getməyəcəyini vurğulayıb.
 
Nyu-York Universitetinin İqtisadiyyat professoru Roy Smit dərc etdiyi məqaləsində Çin iqtisadiyyatının yüksəlişinə dair səslənən fikirlərə toxunub. 1990-cı ildə ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs"la tərəfdaşı olduğu dövrdə yayımladığı məqaləsini xatırladan müəllif o dövrdə Yaponiya iqtisadiyyatının zəifləyəcəyini doğru təxmin etdiyini deyib: "Bu gün Çində mövcud olan zəif nöqtələr Yaponiyadakı zəif nöqtələrlə olduqca oxşardır. Bu gün heç kim mənimlə razılaşmır, ancaq 1990-cı ildə də mənimlə eyni fikirdə deyildilər. Ən azından mən bir dəfə haqlı çıxmışam".
 
Yaponiya iqtisadiyyatının geriləməsinə təkan verən halları - iflasa uğramış kredit siyasəti, yüksək qiymətləndirilmiş və ehtiyatda saxlanılan boş mənzil bazarı kimi riskli halların Çin iqtisadiyyatında da olduğunu qeyd edən Roy Smit, bunun Çin iqtisadiyyatı üçün təhlükə kəsb etdiyini və kövrək maliyyə sistemlərinin təzyiqə səbəb olduğunu ifadə edib. Smit həmçinin yaşlı əhali sayının çox olmasını, artan pensiya və səhiyyə xərclərinin də Çin iqtisadiyyatına əlavə yük olacağını qeyd edib: "Bir çox mütəxəssislər hesab edir ki, Çin 21-ci əsrdə ən böyük güc olaraq ABŞ-ı geridə qoyacaq. Mənim proqnozuma görə, Çinin indiki vəziyyəti Yaponiyanın 90-cı illərdəki durumuna bənzəyir".
 
Sürətlə inkişaf edən Çin iqtisadiyyatı 2010-cu ildə Yaponiyanı geridə qoyaraq ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatına çevrilməyi bacarmışdı.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol