• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə məlumatlarını oğurlayan şəbəkə zərərsizləşdirildi

Maliyyə məlumatlarını oğurlayan şəbəkə zərərsizləşdirildi
13.04.2015 17:48
İnterpol və "Kasperski laboratoriyası”, "Microsoft” və "Trend Micro” şirkətləri birgə əməliyyat keçirərək"Simda” kompüter şəbəkəsi (botnet) ilə idarə edilən on komanda serverini nəzarət altına alıblar.

Botnet dünyanın 190 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Kanada və Türkiyədə 770 min kompüteri yoluxdurub və hücuma məruz qalan fərdi kompüterlərdən maliyyə məlumatlarını yükləmək imkanına malik olub. Bu barədə Rusiya şirkətinin məlumatında deyilir.
 
Məlumatda qeyd olunur ki, əməliyyat kompüterləri yoluxduran şəbəkənin fəaliyyətinə ciddi ziyan vurub ki, bu da kibercinayətkarlar üçün xərclərin və risklərin artmasına səbəb olacaq və gələcəkdə istifadəçi kompüterlərinin yoluxdurulmasının qarşısını alacaq.
 
İnterpolun Sinqapurdakı qlobal innovasiya kompleksinin koordinasiya etdiyi əməliyyatda Niderlandın Milli yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizə mərkəzi, ABŞ Federal Təhqiqatlar Bürosu, Lüksemburq polisi və Rusiya hüquq-mühafizə orqanları iştirak edib.
 
"Simda” botneti cinayətkarlar tərəfindən yoluxdurulan internet saytları ilə yayılır. İstifadəçi belə resursa daxil olan zaman zərərli kod son yenilənmə quraşdırılmadığı halda saytı eksploytlarla birlikdə yükləyərək kompüteri yoluxdurur. Cinayətkarlar sonradan kompüterlər üzərində olan nəzarəti satmaqla məşğul olurlar. Fərdi kompüterə çıxış onlara maliyyə məlumatlarının oğurlanması üçün əlavə proqramlar quraşdırmağa imkan verib.//İctnews.az
  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol