• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Ruhani: "Nüvə proqramı üzrə qarşıdakı danışıqlar mürəkkəb olacaq"

Həsən Ruhani: "Nüvə proqramı üzrə qarşıdakı danışıqlar mürəkkəb olacaq"
13.04.2015 18:23
Aprelin əvvəlində Lozannada İranın nüvə proqramı üzrə bir sıra razılaşmaların əldə olunmasına baxmayaraq, ümumi razılaşmanın əldə olunması üçün Tehran və "altılıq" ölkələrini təmsil edən beynəlxalq vasitəçilərin qarşıdakı danışıqları mürəkkəb olacaq.
 
ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

"Lozannada danışıqlar zamanı biz bəzi razılaşmalar əldə etdik və yekun müqavilə əldə olunana qədər çətin yolları qət etməliyik", - H.Ruhani İran parlamentinin üzvləri ilə görüşdə qeyd edib.

Aprelin əvvəlində Lozannada əldə olunan razılaşmalara əsasən, İranın uranın zənginləşdirilməsi üzrə istehsal obyektlərinin üçdə ikisinin fəaliyyəti 10 il ərzində dayandırılacaq. Bundan başqa, İran bütün proqramlarını 25 il ərzində beynəlxalq nəzarətə təqdim etməlidir. "Altılıq" ölkələri və İran 30 iyuna qədər nüvə proqramı üzrə danışıqları yekunlaşdırmaq niyyətindədir. Bununla yanaşı, Aİ əldə olunan razılaşmaların yerinə yetirilməsi zamanı İrana qarşı sanksiyaları aradan qaldıracaq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol