• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada tanınmış jurnalist qətlə yetirildi

Ukraynada tanınmış jurnalist qətlə yetirildi
16.04.2015 17:06
Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə tibb işçisi olan mənbə məlumat verib.

Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Qətl hadisəsinin baş verdiyini özünün "facebook” səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko təsdiq edib. "Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli "Ford Focus” markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil”,- deyə A.Qeraşenko yazıb.

Bu barədə "Sağ sektor”un sədr müavini Anna Demid də öz "facebook” hesabında yazıb.
 





www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol