• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusu ilə bağlı gizli faktlar

Ermənistan ordusu ilə bağlı gizli faktlar
19.04.2015 15:00
İki ölkə arasında silahlı münaqişəni əsas gətirərək Azərbaycana və Ermənistana silah satışına embarqo tətbiq edən İngiltərənin "Accuracy International” şirkətinin istehsalı olan snayper tüfənglərinin bir neçə il əvvəl Ermənistan ordusunda peyda olması bəzi suallar meydana çıxarmışdı.

Ermənilərə məxsus razm.info adlı saytın yayımladığı videoda Ermənistan Ordu xüsusi təyinarlılarının silahlanmasında olan adıçəkilən şirkətin istehsalı olan AX338/AXMC snayper tüfəngi nümayiş etdirilmiş, bu silahın taktiki-texniki göstəriciləri haqda məlumat verilmişdi. Bununla da əvvəllər yalnız informasiya olaraq adı keçən İngiltərə istehsalı olan snayper tüfənginin Ermənistan Ordusunda olması rəsmən sübuta yetirildi. 

2014-cü ilin aprel ayında Malaziyada keçirilən DSA-2014 sərgisinə qatılan "Accuracy International” şirkətinin nümayəndələri "AzeriDefence”yə açıqlamalarında şirkətin referansları sırasında rəsmən Ermənistan və Gürcüstanın olduğunu bildiriblər. 

Şirkət rəsmiləri hətta bir az irəli gedərək, Ermənistana L96A1 Arctic Warfare, AWS (Arctic Warfare Suppressed) və Arctic Warfare Folding modellərinin satıldığını bildiriblər. 
 

 
Ermənistana satılan snayper tüfəngləri "Schmidt & Bender” şirkətinin istehsalı olan optik nişangahla komplektləşdirilib. Ermənistana bu silahların satışı "Accuracy International”ın Gürcüstandakı dileri vasitəsi ilə həyata keçirilib.

Lakin bu günlərdə "AzeriDefence” faktla bağlı diplomatik kanallardan fərqli məlumat əldə edib. Belə ki, sözügedən məlumat Azərbaycan mediasında yer alandan sonra, Azərbaycan tərəfi rəsmi açıqlama üçün diplomatik kanalla İngiltərəyə müraciət edib. Qarşı tərəf isə adıçəkilən silahın Ermənistana satışının bir Fransa firması tərəfindən (distrübütor) həyata keçirildiyini bildirib.

Burada sual meydana çıxır: 

Adətən nəinki silah, hətta mühərrikin belə satışı zamanı satışı reallaşdıran şirkətdən son istifadəçi barədə məlumatı alan İngiltərənin ixraca nəzarət orqanı nədən təyinatı bilavasitə insanları öldürmək olan snayıper tüfənginin bəlli partiyasının ixracında son istifadəçinin kimliyini istəməyib? 

Qeyd edək ki, bu İngiltərə şirkətlərinin Ermənistanla hərbi əlaqələrində birinci hal deyil. 

Bundan əvvəl İngiltərənin başqa bir şirkəti işğal altındakı Azərbaycanın Xankəndi hava limanı üçün ermənilərə avadanlıq satışı reallaşdırıb.

Baş ofisi İngiltərədə yerləşən "Halo Trust” şirkəti isə Ermənistanda və ermənilərin işğalı altındakı Azərbaycan ərazilərində "minatəmizləmə” əməliyyatları ilə məşğul olur, eyni zamanda Ermənistan hərbçilərinə təlimlər keçirlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol