• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq

BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq
20.04.2015 09:48
 İyulda BMT-nin qərargahında Ebola epidemiyasından zərər çəkmiş ölkələrin - Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına vəsaitin toplanması üzrə yüksək səviyyəli konfrans keçiriləcək.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın Baş katibi Pan Gi Mun vurğulayıb ki, bütün beynəlxalq birliyin, zərər çəkmiş ölkələrin liderlərinin və əhalisinin birgə səyləri, habelə tibb işçilərinin əzmkarlığı sayəsində Ebola virusunun sürətlə yayılmasının qarşısını almaq mümkün olub.

Son iki ayda Liberiyada Ebola virusuna yalnız bir yoluxma faktı qeydə alınıb. Qvineya və Sierra-Leonenin sahilboyu rayonlarında xəstəliyin miqyası xeyli azalıb. Lakin mübarizə davam edir və BMT başçısının sözlərinə görə, son səylər daha çətin ola bilər.

Pan Gi Mun deyib: "Ebola epidemiyası ciddi problem olaraq qalır. Xeyli insan dünyasını dəyişib. Bütöv ailələr, icmalar və dövlətlər dağılıb. Buna baxmayaraq, son aylar biz xeyli irəliləyişin şahidi olmuşuq”. O vurğulayıb ki, Ebolaya yoluxanlara təhlükəsiz qulluq göstərilməsi və ölənlərin təhlükəsiz dəfn edilməsi üzrə tədbirlər bu baxımdan böyük rol oynayıb.
BMT-nin Baş katibi beynəlxalq birliyə müraciət edərək, onu Eboladan zərər çəkmiş ölkələrin bərpasına dair səyləri dəstəkləməyə çağırıb. O bildirib ki, həmin məqsədlər üçün vəsaitin toplanması üçün bu ilin iyul ayında Nyu-Yorkda beynəlxalq konfrans çağırmaq niyyətindədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol