• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada il ərzində 300 ton qızıl zibilliyə atılıb

Dünyada il ərzində 300 ton qızıl zibilliyə atılıb
20.04.2015 19:22
Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı zibilliyə atılıb. Bu barədə BMT Universitetinin hesabatında deyilir.
 
Mütəxəssislərin hesablamasına görə, bu qədər zibillə 23 kilometrədək uzanan 1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard dollar təşkil edir. Bu emal prosesi "elektron tullantının” (e-waste) ümumi həcminin yalnız altıda bir hissəsi üzərində aparılıb.
 
Məsələn, bütün tullanan zibildə 300 ton qızıl olub ki, bu da 2013-cü ildə dünyada bu qiymətli metalın istehsalının 11 faizinə bərabərdir. Bundan başqa, tullantılarda qurğuşun, eləcə də civə, kadmium və xromun olduğu 2,2 milyon ton material tapılıb.
 
Ümumi "e-waste”in təxminən 60 faizini soyuducu, paltaryuyan maşın və digər məişət texnikası təşkil edir. Mobil telefon, kalkulyator, kompüter və printerlərin bu zibildə ümumi payı 7 faizdir.
 
Adambaşına düşən "elektron tullantı”nın  istehsalında "qabaqcıl” ölkələr ekoloji səviyyəsi yüksək olan ölkələrdir. Məsələn, Norveçdə 2014-cü ildə adambaşına 28,4, İsveçrədə 26,3, İslandiyada 26,1, Danimarka 24, Böyük Britaniyada 23,5 kiloqram "e-waste” düşüb. Ən aşağı göstərici Afrikada qeydə alınıb. Burada adambaşına 1,7 kq "elektron tullantı”  düşür. Qitə ümumilikdə 1,9 milyon ton zibil istehsal edib.
 
Bu göstərici üzrə "liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir. Onlardan sonrakı yerlərdə Yaponiya, Almaniya və Hindistan qərarlaşıb. 2013-cü ildə dünyada 39,8 milyon ton "elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin 50 milyon ton olacağı proqnozlaşdırılır.
 
Qızıl, məsələn, kompüter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli və ya nadir metalların kompüter və başqa elektron texnikadan hasil edilməsi kifayət qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur, - "Lenta” yazır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol