• $
  • €
  • ₽
  • ₺
  • £

İranda Azərbaycan dilində yayımlanan televiziya kanalı fəaliyyətə başlayacaq

İranda Azərbaycan dilində yayımlanan televiziya kanalı fəaliyyətə başlayacaq
13.05.2015 18:21
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İranın Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RYTN-dən "APA-Economics”ə verilən məlumata görə, ölkələr arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.
 
Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ. Məmmədov bu istiqamətdə İranın Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran  nəticələrindən söz açıb.
 
M. Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İranın Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq bu ilin  mayın 24-də 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki  "Azərspace-1” üzərindən yayımlanmasının  arzuolunan  olduğunu nəzərə çatdırıb.
 
Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol