• $
  • €
  • ₽
  • ₺
  • £

102 yaşlı qadın doktorluq dissertasiyası müdafiə etdi

102 yaşlı qadın doktorluq dissertasiyası müdafiə etdi
18.05.2015 09:23
Yəhudi əsilli alman vətəndaşı xanım İnqeborq Rapoport 77 ildən sonra mayın 7-də Hamburq Universitetində 102 yaşında doktorluq dissertasiyasını müdafiə edib.

İnqeborq Rapoport Adolf Hitler hakimiyyətə gəldikdən beş il sonra - 1938-ci ildə 25 yaşında ikən difteriya xəstəliyi və onunla mübarizə mövzusunda hazırladığı elmi işini müdafiə şurasına təqdim etsə də, anası yəhudi olduğundan onu müdafiəyə buraxmayıblar. Buna həmin vaxtlar minlərlə müəllim və tələbə kimi onun da ali ari irqdən olmadığı səbəb göstərilib.

Yəhudilərə qarşı aparılan repressiyalardan ehtiyat edən ailə 1938-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb. Orada xəstəxanada tibb bacısı kimi çalışan İnqeborq 1950-ci ildə ailəsi ilə birlikdə Avropaya qayıtsa da, elmi işini müəyyən səbəblər üzündən müdafiə etməyə imkan tapmayıb. Yalnız 1938-ci ildən 77 il keçdikdən sonra dissertasiya üzərində işləyərək yeni versiyasını müdafiə şurasına təqdim edib. Əsər yüksək qiymətləndirilərək müdafiəyə buraxılıb.

Müdafiə şurası 102 yaşlı qadının elmi işinin tibbin mühüm sahəsinə həsr olunduğunu nəzərə alaraq ona doktorluq elmi dərəcəsinin verilməsini qərara alıb.

Doktorluq dissertasiyası diplomunun iyunun 9-da İnqeborq Rapoporta təqdim edilməsi ilə bağlı təntənəli tədbirin keçirilməsi qərara alınıb.

İnqeborq doktorluq elmi dərəcəsinə layiq görülən ən yaşlı qadın kimi Ginnessin rekordlar kitabına düşüb.//azertag.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol