• $
  • €
  • ₽
  • ₺
  • £

Sirli azərbaycanlı milyonçu Amerika korporasiyasının 8,5 faizini aldı

Sirli azərbaycanlı milyonçu Amerika korporasiyasının 8,5 faizini aldı
19.05.2015 12:10
Azərbaycandan olan oliqarx Rüfət Baratzadə Amerikanın "Net Element” korporasiyasının səhmlərinin 8,5 faizini alıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə informasiya ABŞ-ın qiymətli kağızlar üzrə Komissiyasının (The United States Securities and Exchange Commission, SEC) saytında yerləşdirilib.

"Net Element” mobil ödəmələr və tranzaksiya xidmətləri həyata keçirən, yüksək texnologiyalara əsaslanan beynəlxalq şirkətlər qrupudur. Korporasiya beynəlxalq mobil ödəmələr və tranzaksiya prossinqi provayderi "TOT Group İnc”in sahibidir. "TOT Group”un tərkibinə isə 2012-ci ildə Amerikanın ən sürətli inkişaf edən şirkəti adını qazanmış "Unified Payments” daxildir.

"Net Element”  həmçinin Rusiyanın online ödəmə sistemləri "Tot Money”in və "PayOnline”nin sahibidir. Rüfət Baratzadə korporasiyanın səhmlərinin 8.5 faizi üçün 8 milyon dollar ödəyib. Maraqlıdır ki, bu məbləğ qiymətli kağızların bazar dəyərindən 60 faiz çoxdur.

SEC-in saytında yerləşdirilmiş məlumata əsasən Rüfət Baratzadə "Net Element”in səhmlərinin 8,5 faizini ona məxsus olan, Seyşel adalarında qeydiyyatdan keçmiş "Mayor Trans” adlı offşor şirkətinin adına alıb.

R.Baratzadə "Net Element” korporasiyasının səhmlərinin 3,2 faizini Kayman adalarında qeydiyyatdan keçən "Cayman İnvest” şirkətindən 3 milyon dollara alıb. Bu şirkət Qırğızıstan vətəndaşı Anaşxan Qabbazovaya məxsusdur.

Əvvəllər Qabbazaovanın rusiyalı Ənvər Məmmədovdan "Net Element”in səhmlərinin 11,7 faizini açıqlanmayan məbləğə aldığı bildirilir. Məmmədov isə korporasiyanın səhm paketini bir il əvvəl 11,2 milyon dollara alıb.

Rüfət Baratzadənin "Net Element”in səhmlərinin  qalan 5,3 faizini Qazaxıstanın Coğrafiya Cəmiyyətinin prezidenti Nurlan Abudova məxsus "K1 Holdings” offşor şirkətindən 5 milyon dollara aldığı göstərilir.

Maraqlıdır ki, hər iki sövdələşmədə Baratzadə "Net Element”in səhmlərinin birinə 2 dollar ödəyib. Hansı ki, sövdələşmənin bağlandığı vaxtda Nyu-York birjasında "Net Element”in səhmləri 1,2 dollardan satılırdı. Beləliklə, azərbaycanlı investor nədənsə korporasiyanın səhmlərinə bazar dəyərindən 60 faiz çox ödəyib.

Rüfət Baratzadənin nə işlə məşğul olduğuna dair açıq mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmayıb. "Net Element” korporasiyasında da yeni investorun barəsində məlumat verməkdən imtina ediblər.

"Net Element” şirkətinin Azərbaycanın online ödəmələr bazarında fəaliyyətinə dair məlumat yoxdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol