• $
  • €
  • ₽
  • ₺
  • £

Adron Kollayderində protonların maksimal enerjidə ilk toqquşması keçirildi

Adron Kollayderində protonların maksimal enerjidə ilk toqquşması keçirildi
22.05.2015 21:19

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Böyük Adron Kollayderində (BAK) protonların maksimal enerjidə ilk toqquşması keçirilib. Bu barədə təşkilatın saytında deyilir.
 
Protonlar ilk dəfə 13 teraelektronvoltluq enerjidə (hər proton üçün 6,5 teraelektronvolt) toqquşdurulub. Bu sınaqlar qurğuda sürətləndirilən protonların paralelliyinin təmini və kollimatorların işinin yoxlanılması üçün lazımdır.
 
Alimlər maksimal enerjidə ilk toqquşmaları mayın 20-21-də keçiriblər və hazırda sınaqlar davam etdirilir. BAK-ın cari ilin iyununda tam işə salınması gözlənilir.
 
Yaxın altı ayda kollayderdə dörd əsas "ALICE”, "ATLAS”, "CMS” və "LHCb” kollaborasiyasının detektorlarının sınağı keçiriləcək. Bildirilir ki, genişmiqyaslı eksperimentlərə və statistikanın toplanmasına 2015-ci ilin sonunda, 2016-cı ilin əvvəlində başlanacaq.
 
Son iki ildə sürətləndiricidə modernləşmə işləri aparılıb. Modernləşmə prosesində hissəciklərin toqquşmasının maksimal enerjisinin iki dəfə artırılaraq 13 teraelektronvoltadək (kütlə mərkəzi sistemində) çatdırılması olub.
 
Kollayderin işi 14 fevral 2013-cü ildə dayandırılıb.
 
Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.   
  
Qurğu "CERN” rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində Cenevrə şəhərində inşa olunub, - "Lenta” yazır.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol