• $
  • €
  • ₽
  • ₺
  • £

Bin Ladenin eşq məktubları: “Cənnətdə də arvadım olmağını istəyirəm”

Bin Ladenin eşq məktubları: “Cənnətdə də arvadım olmağını istəyirəm”
22.05.2015 14:23
Pakistandakı evində öldürülən "Əl Qaidə" lideri Usanə Bin Ladenə məxsus eşq məktubları ortaya çıxıb. Onun qadınlardan birinə yazdığı məktubda deyilir: "Sevimli xanımım, göz bəbəyim, qəlbimi eşqlə, sevincli anlarla dolduran mələyim. Nə vaxt yadıma düşürsənsə, gözlərim yaşla dolur, bu dunyada başıma gələn ən dəyərli varlığın sən olduğunu anlayıram".

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) 2011-ci ildə Pakistandakı evində hücum edilərək öldürülən və daha sonra evdə ələ keçirilən sənədlərin bəzilərini yayımlayıb. Yazılı və görüntü halda olan 100-ə qədər sənəd  Bin Ladenin həyatından, onun keçirdiyi görüşlərdən, dünyagörüşündən, qirətindən  bəhs edir. 

"Ərəb baharı" haqqında düşüncələri

Terror təşkilatının lideri məktublarının birində "ərəb baharı" hadisələrinə münasibət bildirərkən "çox böyük və möhtəşəm" ifadələrini işlədib. O, eyni zamanda müəyyən proqnozlarını da dilə gətirib. Bin Ladenə görə, bu hərəkat bütün islam ölkələrinə öz təsirini birbaşa və dolayısı ilə göstərəcək. O, tərəfdarlarına, müsəlman xalqlara tiranlara, diktatorlara qarşı üsyana qalxma məsləhətini verməklə bərabər bunu "dini baxımdan vacib" hesab edib. 

Amerika xalqına məktub

Amerika xalqına məktub yazan Bin Laden öz daxili mübarizələrində uğur əldə edə bilməyəcəklərini vurğulayıb: "Tarixdəki ən uzun və bahalı mübarizənizi bizə sərf etdiniz, amma bu mübarizədə yolun yarısını belə keçməmisiniz".

O, ağıllı adamların bu mübarizədə qalib tərəfin olmayacağını bildiyini xatırladıb və deyib ki, müsəlmanların Amerika xalqı ilə mübarizəsi bir "ibadət"dir.


Bin Ladenin eşq məktubları

CİA-nın açıqladığı sənədlər içərisində onun arvadlarına yazdığı eşq məktibları da maraq doğurub. Qadınlarından birinə ünvanlandığı məktubda deyilir: "Sevimli xanımım, göz bəbəyim, qəlbimi eşqlə, sevinci anlarla dolduran mələyim. Nə vaxt sən yadıma düşürsənsə, gözlərim yaşla dolur, bu dunyada başıma gələn ən dəyərli varlığın sən olduğunu anlayıram". Daha sonra çoxarvadlı olmasına rəğmən bundan sonra evlənməyəcəyinə dair vəd verir: "Səndən sonra bir daha evlənməyəcəyəm, sənin kimi bir qadını tapa bilmərəm, Alah bizi bu dünyada təkrar bir araya gətirənə qədər cihad yolunda döyüşəcəyəm. Bu dünyada görüşmək mümkün olmasa da, o biri dünyada mütləq görüşəcəyik".

Bin Laden eyni zamanda sevimli arvadına öldürüləcəyi təqdirdə ailəsinin yanına dönməsini, uşaqlarının yüksək səviyyədə yetişdirilməsini vəsiyyət edir: "Məndən sonra evlənmək istəsən, bil ki, buna qarşı deyiləm. Amma cənnətdə də sənin mənim arvadım olmağını istəyirəm".

Bin Laden eyni zamanda digər arvadlarına, yaxın qohumlarına və dostlarına da məktublar yazmış, onların təhlükəsizliyi, vəziyyətləri ilə maraqlanmışdır.

"Əl Qaidə" CV-ləri

Bin Ladenin öldürüldüyü evdə çoxu sayda təşkilata üzvlüklə bağlı formalar aşkar edilib. Həmin sorğu formalarında əsasən bu suallara cavablar tələb olunub: "Kamikadzelik edə bilərsənmi? Şəhid olduğun təqdirdə kimə xəbər verməyimizi istəyərsən? Cihad torpaqlarına qovuşmaq üçün müəyyən etdiyin tarix hansıdır? Hər hansı ailə üzvünüz, yaxud yaxın dostun dövlət strukturlarında çalışırmı?  və s."


Bin Ladenin kitabxanası

Əl Qaidə liderinin ələ keçən kitabxanası da xeyli təəccüb və maraq yaradıb. Ələ keçən kitabların təxmini siyahısı belədir: 

Noam Chomsky - "Vacib illuziyalar, demokratik cəmiyyətlərdə düşüncəyə nəzarət" və "Hegemoniya və mövcud olmaq: Amerikanın qlobal hakimiyyət axtarışı"

Bob Woodward - "Obamanın müharibələri"

Paul Kennedy - "Böyük güçlərin yüksəlişi və çöküşü" 

David Griffin - "Yeni Pearl Harbor: Bush idarəçiliyinə dair narahat suallar və 11 sentyabr hücumu"

Willard Matthias "Amerikanın strateji xətaları", 

Michel Chossudovsky - "Amerikanın terrorizmlə mübarizəsi

Hanna Rogan - "Əl Qaidənin Online Media strategiyası", 

Greg Palast - "Pulun satınala biləcəyi ən yaxşı demokratiya"

Dini kitablara gəlincə, belə bir siyahı ilə qarşılaşmaq mümkündür:
"İslamı anlamaq üçün qısa xülasə" (I. A. Ibrahim), "İspanyada 756-1031-ci illər arasında xristianlıq və islam" (C. R. Haines), "Müasir Demokratik İslam: Ortaqlar, Qaynaqlar və Strategiyalar" (Cheryl Benard).

Bin Ladinin kitabxanasında "Delta Force: Xtreme-2" adlı video oyunun olduğu da qeydə alınıb.
 
Nuray

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol