• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan vətəndaşı 4 azərbaycanlını vurdu

Ermənistan vətəndaşı 4 azərbaycanlını vurdu
24.05.2015 18:02
Mayın 23-də saat 22 radələrində Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. 


APA-nin məlumatına görə, Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi "Mercedes-E Class" markalı avtomobillə 4 azərbaycanlını vurub. Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.

Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.

Sadaxlı sakinlərinin APA-ya bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol