• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda kütləvi aksiyalar başlayıb

Ermənistanda kütləvi aksiyalar başlayıb
20.06.2015 11:26
İrəvanda elektrik enerjisinin bahalaşması əleyihinə kütləvi etiraz aksiyaları başlayıb.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, iyunun 19-da İrəvanın "Azadlıq" meydanında "Talana yox!” şüarı altında keçirilən etiraz aksiyasına xeyli insan toplaşıb.
 
Əhalinin meydandan çəkilmədiyini görən polis aksiya iştirakçılarına saat 23:00-ə qədər icazə verildiyini xatırladıb. "Sizə verilən vaxt başa çatdıqdan sonra aksiya qanunsuz xarakter daşıyacaq. Lakin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun” pozmamaq şərti ilə aksiyanı davam etdirməyə icazə verilir”, - deyə İrəvan polisi rəisinin müavini Valeri Osepyan bildirib.
 
O, qanun pozuntusuna yol veriləcəyi təqdirdə, etirazçılara güc tətbiq olunacağı barədə xəbərdarlıq edib.
 
Qeyd edək ki, aksiyaya çağırışı Ermənistanın "Respublika” partiyası və "Nairit” zavodunun əməkdaşları edib. Meydana toplaşanlar arasında həmçinin "Təsis parlamenti”nin üzvləri də var.
 
Aksiyanın gedişində "Talana yox!" təşəbbüsünün fəalları gözlənilmədən üç günlük oturaq nümayiş elan ediblər.
 
Onlar bildiriblər ki, iyunun 22-si saat 19.00-dək elektrik enerjisinin qiyməti endirilməsə, nümayişçilər Prezident sarayına yürüş edəcəklər.
 
Xatırladaq ki, Ermənistanda elektrik enerjisi 16% bahalaşıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol