• $
  • €
  • ₽
  • ₺
  • £

Yunan parlamenti islahatlar planını qəbul etdi

Yunan parlamenti islahatlar planını qəbul etdi
11.07.2015 10:06
Səsvermə zamanı 251 deputat planın lehinə, 32 nəfər əleyhinə səs verib. 8 nəfər isə bitərəf olub.

Yunan hökumətinin beynəlxalq kreditorlara təqdim etdiyi yeni islahatlar planı ölkə parlamentində müzakirə olunduqdan sonra səsvermə əsasında qəbul olunub. ANS PRESS-in məlumatına görə, səsvermə zamanı 251 deputat planın lehinə, 32 nəfər əleyhinə səs verib. 8 nəfər isə bitərəf olub.

Baş nazir Aleksis Tsipras parlamentdə çıxışı zamanı bildirib ki, Avropa Birliyinin mühafizəkar çevrəsi Afinanın iqtisadi siyasətini bəhanə gətirərək Yunanıstanın solçu hökumətindən yaxa qurtarmaq istəyir: "Biz mühafizəkar çevrənin maraqları xətrinə qurban verilməməliyik. Mən xalqımızın hüquqlarını qorumaq və milli maraqlarımızı təmin etməyə çalışıram. Mən hazırkı təhlükə fonunda mümkün olan hər şeyi etmişəm. Təhlükəli - minalanmış ərazidəyik və mən bunu gizlədə bilmərəm”.

Avrozona ölkələrinin maliyyə nazirləri sabah keçiriləcək Avropa Birliyi sammitinin yekununda Yunanıstanla bağlı qərar qəbul edəcəklər. Plan qəbul olunacağı təqdirdə borcların ödəniş forması yenidən nəzərdən keçiriləcək.

Yeni layihədə vergilərin artırılması, eyni zamanda, gəlirin həcminə görə əlavə vergi tutulması, ölkənin müdafiəsinə ayrılan xərclərin 2016-ci ilə qədər 300 milyon avro həcmində ixtisar edilməsi nəzərdə tutulur. Plan qəbul olunacağı təqdirdə, Afina kreditorlarla 2018-ci ilin sonunda kimi 53.5 milyard avro məbləğində borc əldə edəcək.

Paytaxt Afinada isə, Avropanın sərt iqtisadi tədbirlərinə qarşı növbəti etiraz aksiyası baş tutub. Aksiya zamanı fəallar kreditorların tələblərinə qarşı şüarlar səsləndirib, Yunanıstanın müstəmləkə olmadığını deyiblər.
 
 


 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol