Xalq artisti Ankarada konsert verdi

10:46 | 08.12.2014
Xalq artisti Ankarada konsert verdi

Xalq artisti Ankarada konsert verdi

Xalq artisti Mənsum İbrahimov Ankarada yaşayan azərbaycanlılar üçün konsert verib

Ann.Az-ın Türkiyə müxbirinin verdiyi məlumata görə, muğam ustası, Azərbaycanın xalq artisti Mənsum İbrahimov Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yaşayan azərbaycanlılar üçün konsert verib. Azərbaycan musiqi günü çərçivəsində konserti ODTÜ (Orta Doğu Teknik Üniversitesi) Azərbaycan tələbə təşkilatı düzənlıyib. Konsert Hacettepe universitetinin Məhmət Akif Ərsoy salonunda keçirilib.

Konsertdən əvvəl M. İbrahimov azərbaycanlı gənclərə muğam musiqimizə göstərdikləri diqqət və sevgi üçün minnətdarlığını bildirib. Daha sonra xalq mahnıları ve muğamlarla tamaşaçıları xalq sənətinin əngin dünyasına aparan muğam ustasının onlara sürprizi də olub. Belə ki, muğam ustasının tələbələrindən olan teleaparıcı Vüsalə Racova öz müəllimiylə birlikdə "Sarı gəlin” xalq mahnımızı oxuyub. Konsertdə ifaçıları "Qarabağ” ansamblının ifaçıları-tarda əməkdar artist tarzən Elçin Həşimov, kamançada əməkdar artist Elnur Əhmədov, nağarada isə Siyavuş Kərimov müşayət ediblər.

Qeyd edək ki, konsertdən bir gün əvvəl M.İbrahimov Türksoy Uluslararası Türk Kültürü Təşkilatının tanınmış opera və teatr rejissoru professor Əflatun Nemətzadənin 70 illik yubileyinə həsr etdiyi gecədə xalq musiqimizin nümunələrini ifa edib.
 
Şəhla Əbusəttar Yaman
Ann.Az - Ankara


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM