Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub

13:10 | 27.05.2014
Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub

Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub

Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.Filarmoniyadan APA-ya verilən məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova bildirib ki, Ramiz Zöhrabov Azərbaycan musiqi elmində özünəməxsus yer tutur: “O, bəstəkarların yaradıcılığına həsr olunmuş 24 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifidir.  Ramiz Zöhrabovun tədqiqat əsərləri Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb”.Tədbirdə musiqiçilər bəstəkarın əsərlərindən nümunələr səsləndiriblər.Qeyd edək ki, Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Ərdəbildə anadan olub. Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiridir. Kamança və piano üçün "Monoloq", Xalq çalğı alətləri orkestri üçün "Laylay", "Ərdəbil lövhələri" süitası və s. əsərlərin müəllifidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM