Xalq artistindən inanılmaz sözlər: “Elə bir şey edəcəm, hamı şok olacaq”

16:40 | 05.05.2018
Xalq artistindən inanılmaz sözlər: “Elə bir şey edəcəm, hamı şok olacaq”

Xalq artistindən inanılmaz sözlər: “Elə bir şey edəcəm, hamı şok olacaq”

Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova son vaxtlar sosial şəbəkədə ona yazılan fikirlərdən danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa tamaşaçılarının ondan dramatik rol tələb etdiklərini bildirib:

"Mən çalışdığım Akademik Milli Dram Teatrında faciə də oynamışam, komediya da. Son vaxtlar ola bilsin komik rolda çox göründüyümdən, tamaşaçılar məndən dramatik rol istəyir. İstəmək də demək olmaz, tələb edir. Onlar məndən əvvəlki televiziya tamaşalarındakı obrazlarımı görmək arzusundadır.
 
Aktyorda ikinci plan deyilən bir şey var: gülə-gülə ağlaya, ağlaya-ağlaya gülə bilirsən. Mən belə bir rolda görünəcəm. Elə bir şey edəcəm ki, onu hələ heç bir aktrisa səhnədə etməyib. Hamı şok olacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb