Xalq Polad Həşimovu yad edir... - Fotolar

12:44 | 02.01.2022
Xalq Polad Həşimovu yad edir... - Fotolar

Xalq Polad Həşimovu yad edir... - Fotolar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Qəhrəman generalın 47-ci doğum günündə II Fəxri Xiyabandakı məzarı səhər saatlarından etibarən ziyarət olunur.

Şəhidin anası Səmayə Həşimova, şəhid anaları, hərbçilər, ictimaiyyət nümayəndələri Polad Həşimovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, general-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
"Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal Fəxri Fiyabanda xalqın ziyarətini kamerasının yaddaşına köçürüb:
 














www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb