Yanvarda xaricdə təhsil alan 95 nəfərin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, ümumilikdə 626 müracitəçinin 531-i barəsind müsbət qərar verilib və, müvafiq şəhadətnamələr təqdim olunub.
Agentliyə Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macaristandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciət daxil olub.
"Ən çox müraciət olunan ixtisaslara - maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib", - agentlik vurğulayıb.
2023-cü ilin noyabrın 3-də xaricdə təhsil alan 117 nəfərin diplomu tanınmayıb.
Hazırda Azərbaycan ali təhsil müəssisələrində 93 xarici ölkədən 7,7 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan, Suriya, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edir.
Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !