Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcəkmi?

18:29 | 27.12.2016
Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcəkmi?

Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcəkmi?

"Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasının işlək mexanizminin müəyyən edilməsidir.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib. 

Onun sözlərinə görə, internet üzərindən xaricdən alınmış mallara görə ƏDV ödənilməyəcək:

"Bir daha qeyd etmək istərdim ki, burada söhbət qeyri-rezidentlərdən, internet üzərindən xaricdən alınmış mallardan deyil, iş və xidmətlərdən gedir. 

Bu dəyişikliyin əsas məqsədi elektron və pərakəndə ticarət sektorunda rəqabət şərtlərini eyniləşdirmək və uçot sistemi qurmaqdır”, - deyə nazir bəyan edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb