Xarici rəssamların Bakıda Qız qalası və ceyran “axtarışı” - FOTOLAR

18:41 | 22.05.2014
Xarici rəssamların Bakıda Qız qalası və ceyran “axtarışı” - FOTOLAR

Xarici rəssamların Bakıda Qız qalası və ceyran “axtarışı” - FOTOLAR

L. Qasımova

Bakıda növbəti dəfə Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalı keçirildi. Budur, artıq beşinci dəfədir bütün dünya rəssamları öz bacarıqlarını göstərmək, ölkələrini təmsil etmək, onun ənənəsini və incəsənətini təqdim etmək, bizim gözəl qədim şəhərimizə baxmaq və Azərbaycan mətbəxinin ən ləziz təamlarından həzz almaq, həmçinin öz həmkarları və paytaxt sakinləri ilə ünsiyyət yaratmaq üçün Bakıda yığışıblar.Beynəlxalq İncəsənət Festivalını "İçəri Şəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, IDEA İctimai Birliyi, Müasir İncəsənətin Muzeyi və Heydər Əliyev Fondunun dəstəyi ilə "Qız Qalası" qalereyası təşkil edib.Bizim ölkəmiz bütün dünyada tanınır. Bura həm turistlər, həm də iş adamları gəlir.Belə tədbirin keçirilməsində məqsəd ilk növbədə, bizim mədəniyyətimizin və incəsənətin, arxitektura abidələrimizin, əsasən, Qız qalasının məşhurlaşması, həmçinin nəsli tükənməkdə olan çöl heyvanlarının - ceyranların xilas edilməsidir.Əgər ilk 2 ildə rəssamlar yalnız qalanı çəkirdilərsə, 3-cü festivaldan sonra rəssamlara Qız Qalası ilə yanaşı ceyranların maketləri də təqdim edilməyə başladı.Budəfəki festivalda 27 ölkədən 29 rəssam var idi: Uqanda, Böyük Britaniya, Mərakeş, Qırğızıstan, Argentina, Misir, Albaniya, Tunis, Yunanıstan, Sloveniya, Seneqal, Livan, Kot-d, İvuar, Moldaviya, Monqolustan, Ukrayna, Vyetnam, Rusiya, Avstraliya, Yaponiya, Tacikistan, Çin, Kanada, Benin, Çexiya, Rumıniya və Azərbaycan.Bu tədbirin hansı imkanlar yaratdığını təsvir edirsinizmi? Burada bütün qitələrdən olan ölkələr təmsil olunurdu. Bu, sevindirici haldır, həm də o deməkdir ki, bizim ölkəmizə hörmət edir , onunla ciddi maraqlanırlar.Çünki bizim planetimizin müxtəlif guşələrindən olan rəssamlar və onların yaradıcılığı bir-birindən fərqlənir. Bəziləri parlaq rəng palitrasından, başqaları yumşaq tonlardan, üçüncülər isə kağız plastırlar, mastixin, parlaq furnitur və qeyri-adi şəkillər istifadə edirlər.Hər bir rəssama Qız qalasının yanında meydança, fırçalar, rənglər, vedrələr, masalar, stullar, tentlər ayrılmışdır. Bütün bunları arxitektura qoruğunun əməkdaşları izləyirdi, onlar maketlər gətirirdilər, tentlər qururdular, sahənin təmizliyi və festivalın qonaqlarını izləyirdilər ki, qonaq rəssamların işinə kimsə mane olmasın.Üç gün davam edən festivalda həvəskarlar rəssamların onlayn işləməsinə maraqla tamaşa edirdilər. Onlar rəssamlara yaxınlaşır, onların hansı ölkədən olmasıyla, ceyranı və bizim Qız qalamızı necə təsvir edəcəkləri ilə, həmçinin əl işlərini və rəssamların özləriylə şəkil çəkdirmək imkanının olub-olmamasıyla maraqlanırdılar.Yaradıcı sənətkarların arasından keçərkən, mən Azərbaycan nümayəndələri ilə qarşılaşdım. Bunlar gənc və istedadlı rəssamlar Butunay Haqverdiyev və son 17 ili Türkiyədə yaşayıb-işləyən, ancaq öz vətənini və köklərini unutmayan Emil Əziz idi.Maraqlıdır ki, Emil və Butunay ceyranları özünəməxsus çəkmişdilər. Emilin rəsmləri parlaq rənglərlə zəngindir. O, ceyranı əvvəlcə çəhrayı rəngdə çəkmiş, sonra artıq parlaq rənglərlə rəngləmişdir.Butunay isə öz texnikasından istifadə edir. Əvvəlcə, ceyranı sarı rəngə boyadı, sonra maketə kağız plastırı yapışdırdı, ceyranı narıncı və mavi rənglərlə boyadı və sonra plastırı çıxartdı, bu isə rəsmdə zolaqlar qoydu. Bu orijinal idi və başqalarından fərqlənirdi.Uqandadan olan rəssam Nuva Vimala ceyranı öz dövlət bayrağının rəngləriylə çəkdi. Kanadadan olan Matdsiya Laver isə Qız qalasının rənglənməsində mozaikadan istifadə etdi.Albaniyadan olan rəssam Saimir Stratinin əl işi də maraqlı idi, o, zolaqlardan və qızıl rəngli kvadratlardan istfadə etməklə ceyran “yaratmışdı”.Ukraynadan olan rəssam Aleks Maksiov, küçə incəsənətindən (street art) istifadə edərək 3D Qız qalasını təsvir etmişdi. Bu, son dərəcə gözəl görünürdü, adamlar bu gözəlliyin şahidi olmaq üçün rəssamın başına yığışmışdılar.Amma ən gözəl və orijinal Qız qalası uşaqlarda alındı, onlar daha əvvəl karandaşla maketə vurulmuş eskizə söykənərək növbə ilə Qız Qalasının rəsmini çəkirdilər. Hətta körpələr də çəkirdilər. Onların ciddi-ciddi rəng seçmələrinə baxmaq məzələ idi. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM