Xəbər ANı: Nəqliyyatda dəyişikliklər - ANN Tv

17:17 | 07.05.2015
Xəbər ANı: Nəqliyyatda dəyişikliklər - ANN Tv

Xəbər ANı: Nəqliyyatda dəyişikliklər - ANN Tv

Təkcə Avropanın deyil, digər qitə ölkələrinin də səbirsizliklə gözlədiyi ilk Avropa Oyunları start nöqtəsinə yaxınlaşır. Sayılı günlərdən sonra paytaxt Bakı ilk Avropa oyunlarını qəbul edəcək. Bildiyiniz kimi bu idman yarışına 49 ölkədən qatılan  idmançıların bütün xərclərini Azərbaycan ödəyəcək. Oyunlara sərf edilən maliyyənin dəqiq rəqəmləri bilinməsə də, tikilən bütün infrastrukturu, idman komplekslərini və Avropadan gələn idmançıların xərcini nəzərə alsaq, güman etmək olar ki, çəkilən xərclər milyardlarla hesablanır.
 
Biz də ANN Tv olaraq Avropa Oyunlarının ölkəmiz üçün xeyirli və ziyanlı tərəflərini öyrənmək üçün iqtisadçı ekspertlərə müraciət etdik. İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, tikilən bütün bu infrastruktur və olimpiya kompleksləri gələcək üçün istifadə oluna bilən layihələrə daxildir. Oqtay Haqverdiyev isə bildirir ki, bir çox ölkələr olimpiya oyunlarına ayırdığı maliyyəni götürə bilmirlər. Bütün bu gözləntilərin necə olacağını isə zaman göstərəcək.

Avropa oyunları zamanı oyunlar keçirilən ərazilərdə taksi fəaliyyəti ilə məşğul olanlara isə cəzalar tətbiq olunacaq. Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov onu da bildirir ki ictimai nəqliyyatda aparılan  təkmilləşmə işləri ilk Avropa Oyunları zamanı ölkəmizə gələn xarici turistlər və paytaxt sakinləri üçün əlverişli olacaq. Qurum rəsmisi qeyd edir ki, oyunlar keçirilən ərazilərə sərnişinləri daşımaq üçün ekspress avtobuslar paytaxta gətirilib. Xarici qonaqlar və xüsusən idmançılar üçün isə xüsusi taksilər ayrılacaq.

Müəllif: Babək Mirzəzadə
 
Şahpəri Abbasova
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM