Xəbər ANı: Türkiyədə Atatürk belə anıldı - ANN.TV

16:20 | 10.11.2015
Xəbər ANı: Türkiyədə Atatürk belə anıldı - ANN.TV

Xəbər ANı: Türkiyədə Atatürk belə anıldı - ANN.TV

Hər il noyabrın 10-da, Türkiyə vaxtı ilə səhər saat 09.05-də bütün ölkə ərazisindəki yollarda avtomobillər dayanır və siqnal verilir. Daha sonra gəmilər, zavodlardan fit səsi qalxır. Bəli, Türkiyə xalqı böyük lider Mustafa Kamal Atatürkü bu cür anır. 

Bu gün böyük türk oğlunun vəfatından 77 il keçir və türk vətəndaşlar bu ənənələrinə sadıq qalıblar. Atatürkə hörməti və sevgisi bitməyən insanlar onun xatirəsini 1 dəqiqəlik sayqı duruşu və avtomobillərinin siqnallarını səsləndirməklə yad ediblər. 

ANN.Az xəbər verir ki, hər il olduğu kimi avtomobillərin siqnal səslərinə gəmilərin, zavod və fabriklərin fit səsləri də qoşulub, qeyri-adi atmosfer yaranıb. 

Son günlər Türkiyə Mustafa Kamal Atatürklə bağlı fikir ayrılığı meydana gəlsə də, ənənəyə sadiqlik ölməz liderə olan hörməti bir daha əks etdirib. 

Qeyd edək ki, dünyada heç bir yerində vəfat etmiş lider bu şəkildə yad edilmir.
 
Şəhla Əbusəttar Yaman
Ankara
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb