Xəbər ANı: “Bakı Caz Festivalı – 2015”- in bağlanış mərasimi keçirildi

15:20 | 04.11.2015
Xəbər ANı:  “Bakı Caz Festivalı – 2015”- in bağlanış mərasimi keçirildi

Xəbər ANı: “Bakı Caz Festivalı – 2015”- in bağlanış mərasimi keçirildi

Noyabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Bakı Caz Festivalı – 2015”-in bağlanış mərasimi baş tutdu.
 
Festival Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilirdi. Festival günlərində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilərlə yanaşı, Azərbaycanın Salman Qəmbərov, Cəmil Əmirov, Elçin Şirinov, Zaur Mirzəyev tanınmış caz ifaçıları və digər gənc musiqiçilər də çıxış etdilər.
 
Festival çərçivəsində baş tutan konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilirdi. Festivalın bağlanış mərasimində isə məşhur caz ifaçısı Ntjam Rosie səhnəyə çıxdı.
 
Hazırladı:
Aynur Əlisoy


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM