Xəzərdə dənizdibi seysmik stansiyalar quraşdırılacaq

19:00 | 01.02.2017
Xəzərdə dənizdibi seysmik stansiyalar quraşdırılacaq

Xəzərdə dənizdibi seysmik stansiyalar quraşdırılacaq

MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda, dənizin dibində seysmik stansiyalar quraşdırılacaq.
 
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyanın qurulması planlaşdırılır. "Ümid”, "Bahar”, "Günəşli” yataqlarında stansiyaların qurulması nəticəsində həm dənizin dibində gedən yeraltı tektonik proseslər, həm də onların neft yataqlarına, neft hasilatına göstərdiyi təsirlərlə bağlı daha mükəmməl tədqiqatlar aparılmasına imkan yaranacaq.
 
Bildirilib ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycan ərazisində ümumilikdə 35-dən çox peyk rabitəsi ilə işləyən seysmik stansiyaları var. Mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında 4 seysmik stansiya üçün onlayn sistem yaradılıb. Bu seysmik stansiyalar vasitəsilə Naxçıvan və ona yaxın ərazilərdə zəlzələ haqqında məlumat almaq, kadr potensialını artırmaq üçün məqsədyönlü işlər uğurla davam etdirilir. Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən daha beş seysmik stansiyanın qurulması nəzərdə tutulur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb